“Qarabağ” "Şerif"ə qalib gələrək Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-3 - VİDEO

“Qarabağ” "Şerif"ə qalib gələrək Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-3 - VİDEO "Qarabağ" "play-off" mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub
Futbol
1 Avqust , 2017 23:00
“Qarabağ” Şerifə qalib gələrək Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-3 - VİDEO

Bakı. 1 avqust. REPORT.AZ/ UEFA Çempionlar Liqasında “Şerif”- “Qarabağ” oyunununda Ağdam təmsilçisi qalib olub. 

"Report" xəbər verir ki, "Şerif" ikinci hissəyə əlavə edilmiş 4-cü dəqiqədə hesab arasındakı fərqi azaltsa da, oyun Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb: 1:2. Bununla da "Qarabağ" Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanıb.  

Bakıda keçirilən ilk qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" səfərdə lazımı nəticəni təmin etdiyindən qitənin ən nüfuzlu klub turnirində "play-off" mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub. Ölkə çempionu paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.


***22:49

UEFA Çempionlar Liqasında “Şerif”- “Qarabağ” oyunununda Ağdam təmsilçisi növbəti dəfə hesabda irəli çıxıb.

"Report" xəbər verir ki, ikinci hissənin 86-cı dəqiqəsində Miçel Ağdam təmsilçisini növbəti dəfə hesabda irəli çıxarıb: 0:2. 

***21:48

UEFA Çempionlar Liqasında “Şerif”- “Qarabağ” oyunununda Ağdam təmsilçisi hesabda irəli çıxıb

"Report" xəbər verir ki, ilk hissəyə əlavə edilmiş dəqiqələrdə Ağdam təmsilçisi hesabı açıb: 0:1. Hesabı birinci hissəyə əlavə edilmiş 3-cü dəqiqədə Dino Ndlovu açıb. 

Oyununun birinci hissəsi bu hesabla da başa çatıb. Qeyd edək ki, ilk hissəyə 4 dəqiqə əlavə edilib. 

Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Moldovanın "Şerif" kollektivinin qonağıdır. "Qarabağ" səfərdə lazımı nəticəni təmin edəcəyi halda qitənin ən nüfuzlu klub turnirində "play-off" mərhələsinə vəsiqə qazanacaq ilk Azərbaycan klubu olacaq.

Ölkə çempionu bunu bacaracağı təqdirdə, paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.


***21:06

"Qarabağ" komandası Çempionlar Liqasında növbəti matçına çıxıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Moldovanın "Şerif" kollektivinin qonağıdır.

Tiraspolda baş tutan görüş Qurban Qurbanovun baş məşqçisi olduğu komanda üçün tarixi əhəmiyyət daşıyır. Bakıda keçirilən ilk qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" səfərdə lazımı nəticəni təmin edəcəyi halda qitənin ən nüfuzlu klub turnirində "play-off" mərhələsinə vəsiqə qazanacaq ilk Azərbaycan klubu olacaq.

Ölkə çempionu bunu bacaracağı təqdirdə, paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Əks halda, mübarizəni səviyyəsinə görə ikinci olan klub turnirində davam etdirəcək və qrupa düşmək üçün daha bir rəqiblə qüvvəsini sınayacaq.

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunu

1 avqust

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Roy Reynşreyber

Yan xətt hakimləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)

UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)

Hakim-inspektor: Paulius Malzinskas (Litva)

Tiraspol. “Şerif” stadionu

İlk oyun – 0:0

Son xəbərlər

Orphus sistemi