UEFA Avropa Super Liqası ilə bağlı hökm çıxaran hakimi məhkəməyə verib

UEFA Avropa Super Liqası ilə bağlı hökm çıxaran hakimi məhkəməyə verib UEFA Avropa Super Liqasının qurucu klubları ilə öz arasındakı mübahisə barədə hökm verən Madrid məhkəməsinin hakimi Manuel Ruis de Laranın diskvalifikasiya edilməsi tələbi ilə iddia qaldırıb
Futbol
147
28 Sentyabr , 2021 17:02
UEFA Avropa Super Liqası ilə bağlı hökm çıxaran hakimi məhkəməyə verib

UEFA Avropa Super Liqasının qurucu klubları ilə öz arasındakı mübahisə barədə hökm verən Madrid məhkəməsinin hakimi Manuel Ruis de Laranın diskvalifikasiya edilməsi tələbi ilə iddia qaldırıb.

"Report" xəbər verir ki, Avropa futbol qurumu məhkəmə prosesində ciddi qanun pozuntularına yol verildiyini bildirib. UEFA ərizəyə tam və düzgün baxılanadək onun işdən uzaqlaşdırılmasını tələb edib.

Qurum Madrid məhkəməsinin hökmünə etiraz etməyi də planlaşdırır.

Daha əvvəl Madrid məhkəməsi Superliqa klublarına qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı UEFA-ya 5 gün vaxt verilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, UEFA İspaniyanın "Barselona" və "Real Madrid", eləcə də İtaliyanın "Yuventus" klublarına qarşı Avropa Super Liqasının təşkili ilə əlaqədar araşdırmaları dayandırıb.

Son xəbərlər

Orphus sistemi