UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinə qərar verib

UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinə qərar verib Çempionlar Liqasının final görüşü isə Madridin "Metropolitano" stadionunda baş tutacaq
Futbol
228
20 Sentyabr , 2017 19:02
UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinə qərar verib

Bakı. 20 sentyabr. REPORT.AZ/ 2018-2019 mövsümündə futbol üzrə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. 

"Report"un "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Çempionlar Liqasının final görüşü isə İspaniyanın Madrid şəhərində yerləşən "Metropolitano" stadionunda baş tutacaq. 

UEFA prezidenti Aleksander Çeferin rəsmi qərarı saat 19:30-da keçirəcəyi mətbuat konfransında açıqlayacaq.

Qeyd edək ki, təməli 2011-ci il iyunun 6-da qoyulmuş BOS-un açılış mərasimi 2015-ci il martın 6-da keçirilib. UEFA-ya göndərilmiş sifariş ərizəsində stadionun tamaşaçı tutumu 70 055 nəfər göstərilib. 

Son xəbərlər

Orphus sistemi