UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - YENİLƏNİB

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - YENİLƏNİB "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki ilk rəqibi bəlli olub.
Futbol
30 Avqust , 2024 15:41
UEFA Avropa Liqası: Qarabağın rəqibləri bəlli olub - YENİLƏNİB

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, "köhlən atlar" Niderlandın "Ayaks", İngiltərənin "Tottenhem", Yunanıstanın "Olimpiakos", İsveçin "Malmö", Norveçin "Budyo Qlimt", Rumıniyanın FCSB və İsveçin "Elfsborq" komandaları ilə üz-üzə gələcək.

Azərbaycan təmsilçisi "Ayaks", "Lion", "Malmö" və FCSB ilə Bakıda, digər komandalarla səfərdə oynayacaq.

Qeyd edək ki, Liqa mərhələsində 36 klub çıxış edəcək. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərdə qərarlaşanlar isə pley-offa yüksələcəklər. Digər 12 iştirakçı çıxışını başa vuracaq. I turun oyunları sentyabrın 25-26-da baş tutacaq.

15:24

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində ilk rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, "köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.

Ağdamlılar ikinci matçında isə səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.

Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi