Ucar və Kürdəmir komandaları çempionatdan kənarlaşdırılıb
Futbol
- 03 aprel, 2025
- 13:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi U-10 Liqasında çıxış edən iki komandanı çempionatdan kənarlaşdırıb.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bunlar Ucarın "Lokomotiv" və Kürdəmirin eyniadlı kollektivləridir.
Ucar təmsilçisi "Şamaxı" ilə oyunda təyin edilən vaxtda meydanda olmayıb və 0:3 hesablı texniki məğlubiyyət alıb. Bu, üçüncü dəfə təkrarlandığından komanda yarışdan uzaqlaşdırılıb.
"Kürdəmir" isə Göyçayın "Çinar" kollektivi ilə qarşılaşmada meydanda olmayıb və bu, üçüncü dəfə baş verib.
U-13 Liqasındakı "Troya" və "Atletico Baku" texniki məğlubiyyət alıb. "Troya" İOEUGİM ilə matçda meydana çıxmayıb, "Atletico Baku"nun "Zirə" ilə oyununda isə yetərsay olmayıb.
Son xəbərlər
01:56
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
Futbol
01:41
Tramp Mirziyoyevə ABŞ-nin 250 illiyi münasibətilə hədiyyə edilən çardaqlara görə təşəkkür edib
Digər ölkələr
01:17
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
Digər ölkələr
00:47
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
Region
00:40
Rezai: İran blokadanı yarmaq və yeni təcavüzə cavab vermək əzmindədir
Region
00:26
Kostanyan: Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqə Ermənistanın enerji sisteminin dayanıqlığını artıracaq
Region
00:00
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Daxili siyasət
23:56
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
Digər ölkələr
23:26
Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq
Region