Üç klub I Divizionda iştirakdan imtina etdi

Üç klub I Divizionda iştirakdan imtina etdi Futbol üzrə Azərbaycan Premyer Liqasındakı klublardan 3-ü I Divizionda əvəzedicilərlə təmsil olunmaqdan imtina edib.
Futbol
955
21 Sentyabr , 2020 12:05
Üç klub I Divizionda iştirakdan imtina etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasındakı klublardan 3-ü I Divizionda əvəzedicilərlə təmsil olunmaqdan imtina edib. 

"Report"un məlumatına görə, bunlar "Qəbələ", "Zirə" və "Səbail"dir. Paytaxt təmsilçiləri ilə müqayisədə, əyalət komandası ardıcıl ikinci mövsüm aşağı liqada mübarizəyə qatılmayacaq. 

"Neftçi", "Qarabağ", "Sabah", "Sumqayıt" və "Keşlə" isə I Divizionda təmsil olunmağa razılıq verib. Daha 5 klub isə "Turan Tovuz", "Zaqatala", "Kəpəz", MOİK və "Qaradağ Lökbatan" olacaq.  

Qeyd edək ki, ötən mövsüm I Divizion 13 komanda ilə başlasa da, sonradan "Ağsu" mübarizədən çəkilib. 

Son xəbərlər

Orphus sistemi