"Qalatasaray" klubunun iki futbolçusu zədələnib

"Qalatasaray" klubunun iki futbolçusu zədələnib Türkiyənin Qalatasaray klubunun iki futbolçusu - Radamel Falkao və Marselo Saraççi zədələnərək sıradan çıxıb.
Futbol
126
28 Yanvar , 2020 18:00
Qalatasaray klubunun iki futbolçusu zədələnib

Türkiyənin "Qalatasaray" klubunun iki futbolçusu - Radamel FalkaoMarselo Saraççi zədələnərək sıradan çıxıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki futbolçu Superliqanın XIX turunda "Konyaspor"a 3:0 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.

Artıq futbolçuların müalicəsinə başlanıldığı açıqlanıb. Lakin onların hansı müddətə sıradan çıxması haqda məlumat verilməyib.

Qeyd edək ki, 34 yaşlı kolumbiyalı Falkao 2019-cu ilin sentyabrında "Monako"dan "Qalatasaray"a keçib. 22 yaşlı uruqvaylı müdafiəçi Saraççi isə İstanbul klubunun yeni transferidir. 

Son xəbərlər

Orphus sistemi