Türkiyənin 2 klubunun prezidenti Bakıya gəlib

Türkiyənin 2 klubunun prezidenti Bakıya gəlib Türkiyənin İzmit şəhərinin bələdiyyə sədri Fatma Kaplan Hürriyet və I liqada çıxış edən "Kocaelispor"un prezidenti Engin Koyun Bakıdadır.
Futbol
16 İyun , 2021 15:23
Türkiyənin 2 klubunun prezidenti Bakıya gəlib

Türkiyənin İzmit şəhərinin bələdiyyə sədri Fatma Kaplan Hürriyet və I liqada çıxış edən "Kocaelispor"un prezidenti Engin Koyun Bakıdadır.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki şəxs "ay-ulduzlular"ın Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçirəcəyi AVRO-2020-nin A qrupunun II tur matçını izləmək üçün Azərbaycan paytaxtına gəlib.

Klub prezidenti Türkiyə Futbol Federasiyasının dəvəti ilə ölkəmizə təşrif buyurub.

Bakıda olan Türkiyənin “Kayserispor” klubunun prezidenti Berna Gözbaşı və idman direktoru Ali Naibi isə "Qarabağ"ı ziyarət edib. Ağdam təmsilçisinin direktoru Emrah Çelikel Türkiyə millisinin oyununu izləmək üçün bura gələn qonaqlara zaman ayırıb, ziyarətə görə onlara təşəkkür edib.

Hər iki qonağa “Qarabağ”ın forması hədiyyə olunub.

Qeyd edək ki, bu gün oynanılacaq Türkiyə - Uels görüşü saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi