Türkiyəli idman yazarı Arda Turanı məhkəməyə verəcək

Türkiyəli idman yazarı Arda Turanı məhkəməyə verəcək Futbolçunun yığmadan kənarlaşdırılacağı gözlənilir
Futbol
111
6 İyun , 2017 14:10
Türkiyəli idman yazarı Arda Turanı məhkəməyə verəcək

Bakı. 6 iyun. REPORT.AZ/ "Milliyet" qəzetinin idman yazarı Bilal Meşe Türkiyə milli komandasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turanı məhkəməyə verəcək. "Report"un məlumatına görə, bu barədə "Doğan" agentliyinə təcrübəli jurnalistin özü bildirib.

O, təyyarədə Arda tərəfindən hücuma məruz qalaraq, təhqir olunduğunu açıqlayıb. Hazırda yığmanın düşərgəsində olan Meşe İstanbula qayıtdıqdan sonra prokurorluğa müraciət edəcəyini söyləyib: "Arda məni, ailəmi, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören və milli komandanın baş məşqçisi Fatih Terimi təhqir edib. 15 şahidim var. Qayıdan kimi prokurorluğa şikayət edəcəyəm".

Qeyd edək ki, Arda Turan Bilal Meşeyə onu 2016-cı il Avropa çempionatında mükafat üstündə federasiya ilə münaqişəyə girmələri xəbəri ilə əlaqədar ailəsini təhqir etdiyini əsas gətirərək, irad tutub. Lakin idman yazarı heç vaxt belə fikirlər səsləndirmədiyini bildirib. Hələlik federasiya rəhbərliyi və baş məşqçinin mövqeyi məlum deyil. Bu gün açıqlanacaq qərarla Ardanın yığmadan kənarlaşdırılacağı bildirilir.  

Son xəbərlər

Orphus sistemi