​Türkiyədə Putinin şəkili ilə meydana çıxan futbolçu 300 min avro cərimələnib

​Türkiyədə Putinin şəkili ilə meydana çıxan futbolçu 300 min avro cərimələnib "Lokomotiv" klub tarixində rekord sanksiyaya əl atıb
Futbol
226
18 Fevral , 2016 22:31
​Türkiyədə Putinin şəkili ilə meydana çıxan futbolçu 300 min avro cərimələnib

Bakı. 18 fevral. REPORT.AZ/ Moskvanın "Lokomotiv" klubu Avropa Liqası matçında sinəsində Rusiya prezidenti Vladimir Putinin şəkili olan futbolkada meydana çıxdığına görə yarımmüdafiəçi Dmitri Tarasovu 300 min avro cərimələyib.

"Report" xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən "R-Sport" məlumat yayıb.

Bundan əlavə futbolçu ən azı 10 oyunluq yaşıl meydanlardan kənarlaşdırıla bilər.

"Lokomotiv" fevralın 16-da İstanbulda Avropa Liqasının 1/16 final mərhələsində yerli "Fənərbaxça" klubuna 0:2 hesabı ilə məğlub olub. Matçdan sonra Tarasov futbolkasını çıxardaraq Putinin şəkili olan alt maykasını nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi