"Sabah" Türkiyədə beynəlxalq turnirdə iştirak edib

"Sabah" Türkiyədə beynəlxalq turnirdə iştirak edib Türkiyənin Antalya şəhərində keçirilən "Junior Worl Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-15 komandası yarışda çıxışını başa vurub.
Futbol
19 May , 2024 14:04
Sabah Türkiyədə beynəlxalq turnirdə iştirak edib

"Sabah" klubunun U-15 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior Worl Cup" beynəlxalq turnirində çıxışını başa vurub.

"Report" xəbər verir ki, təmsilçimiz qrup mərhələsində Almaniya çempionu "Herta"ya (Berlin, 0:6) məğlub olub, Türkiyənin "Başakşehir Kartal" (2:0) və Rusiyanın "Kosmos Moskva" (6:1) komandalarına qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

1/4 finalda Almaniyanın "Speyer 09" komandasına qalib gələn (1:0) "Sabah" yarımfinala adlayıb. U-15 bu mərhələdə Argentina çempionu "River Pleyt"ə uduzub (1:3). Elvin Həsənovun baş məşqçisi olduğu komanda 3-cü yer uğrunda matçda CAR-ın "Kuoh Foundation Academy" klubuna məğlub olub (0:1).

"Sabah" 16 komandanın yarışdığı beynəlxalq turniri 4-cü pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi