Türkiyə Superliqasının bərpa tarixi açıqlandı

Türkiyə Superliqasının bərpa tarixi açıqlandı Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Türkiyə Superliqasının oyunları iyunun 10-dan sonra bərpa oluna bilər.
Futbol
24 Aprel , 2020 19:35
Türkiyə Superliqasının bərpa tarixi açıqlandı

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Türkiyə Superliqasının oyunları iyunun 10-dan sonra bərpa oluna bilər.

"Report"un "TRT Spor"a istinadən məlumatına görə, bunu Klublar Komitəsinin (KK) sədri Mehmet Sepil bu gün gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və yerli komandaların rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən deyib.

O bildirib ki, liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlər 11, 12 və ya 13 iyundur. KK rəhbəri yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib. M.Sepil qarşılaşmaların azarkeşsiz keçirilə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.

Son xəbərlər

Orphus sistemi