Türkiyə Superliqasında yeni mövsüm başladı

Türkiyə Superliqasında yeni mövsüm başladı Bu gün Türkiyə Superliqasında 2020/2021 mövsümünə start verilib.
Futbol
12 Sentyabr , 2020 01:21
Türkiyə Superliqasında yeni mövsüm başladı

Bu gün Türkiyə Superliqasında 2020/2021 mövsümünə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutub.

Səfərdə "Rizespor"un qonağı olan "Fənərbağça" rəqibini 2:1 hesabı ilə məğlub edib. 

Matçda ilk qolu meydan sahibləri vurublar. 59-cu dəqiqədə Milan Şkoda fərqlənib. İstanbul təmsilçisi bu qola 76-cı dəqiqədə Gökhan Gönüllə cavab verib. 87-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən yeni transfer Xose Ernesto Sosa "Fənərbağça"ya əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, bu gün Super Liqada daha 4 oyun keçiriləcək. "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" doğma meydanda "Qaziantepspor"la üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi