Türkiyə Super Liqasında VAR sistemindən istifadə olunacaq

Futbol
  • 06 iyul, 2018
  • 15:10
Türkiyə Super Liqasında VAR sistemindən istifadə olunacaq

Bakı. 6 iyul. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında videotəkrar (VAR) sistemindən istifadə olunacaq. 

"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu sistemin 2018-2019 mövsümündən tətbiq edilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, VAR sistemindən dünya çempionatında da istifadə olunur.