Türkiyə Kubokunun qalibi yeni baş məşqçi ilə anlaşıb

Futbol
  • 21 iyun, 2018
  • 09:10
Türkiyə Kubokunun qalibi yeni baş məşqçi ilə anlaşıb

Bakı. 21 iyun. REPORT.AZ/ Türkiyənin "Akhisarspor" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. 

"Report"un "Haber 7"yə istinadən məlumatına görə, bu barədə klubun prezidenti Hüseyn Eryüksəl açıqlama verib. O, Safet Susiçlə 1+1 illik müqavilə imzaladıqlarını söyləyib. 63 yaşlı mütəxəssis bu postda Okan Buruku əvəzləyib. 

Qeyd edək ki, "Akhisarspor" başa çatan mövsümdə Türkiyə Kubokunun qalibi olub. Komanda 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. 

44 - Tezliklə