Türkiyə klubunun azarkeşləri Namik Ələskərovun oynamamasına etiraz edib

Türkiyə klubunun azarkeşləri Namik Ələskərovun oynamamasına etiraz edib Türkiyənin "Bursaspor" klubunun azarkeşləri Namik Ələskərovun TFF 1-ci liqada "Altınordu" ilə səfər oyununda meydana çıxmamasına etiraz edib.
Futbol
14 Sentyabr , 2021 11:04
Türkiyə klubunun azarkeşləri Namik Ələskərovun oynamamasına etiraz edib

Türkiyənin "Bursaspor" klubunun azarkeşləri Namik Ələskərovun TFF 1-ci liqada "Altınordu" ilə səfər oyununda meydana çıxmamasına etiraz edib.

"Report" "Bursahakimiyet" nəşrinə istinadən xəbər verir ki, fanatlar 26 yaşlı yarımmüdafiəçinin ehtiyat oyunçular skamyasında əyləşməsini doğru qərar hesab etməyib.

"Timsahlar"ın baş məşqçsii Fatih Tekke 1:2 hesabı ilə uduzduqları matçda Azərbaycan millisinin üzvünə şans verməyib.

Qeyd edək ki, Namik Ələskərov yığmanın DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində meydana daxil olub. O, İrlandiya ilə 1:1 heç-heçə etdikləri və Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları qarşılaşmaya start heyətdə başlayıb.

Son xəbərlər

Orphus sistemi