Türkiyə klubundan Azərbaycana dəstək: "Yanındayıq, "Qarabağ!"

Türkiyə klubundan Azərbaycana dəstək: "Yanındayıq, "Qarabağ!" Türkiyənin "Başakşehir" klubu UEFA Avropa Liqasının I qrupunun II turunda bu gün İstanbulda İspaniya "Vilyarreal"ı ilə qarşılaşacaq "Qarabağ"a dəstək verib.
Futbol
29 Oktyabr , 2020 21:50
Türkiyə klubundan Azərbaycana dəstək: Yanındayıq, Qarabağ!

Türkiyənin "Başakşehir" klubu UEFA Avropa Liqasının I qrupunun II turunda bu gün İstanbulda İspaniya "Vilyarreal"ı ilə qarşılaşacaq "Qarabağ"a dəstək verib.

"Report"un məlumatına görə, matçın keçiriləcəyi "Başakşehir Fatih Terim" stadionunun ətrafında Ağdam təmsilçisi ilə bağlı pankartlar yerləşdirilib.

Pankartların üzərində "Yanındayıq, "Qarabağ"! Avrokuboklarda uğurlar!" şüarları qeyd olunub.

Azərbaycandan oyuna yollanan jurnalistlər isə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan Azərbaycana dəstəyini göstərən Türkiyəyə özünəməxsus minnətdarlığını çatdırıb. Arena kənarında üzərində “Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də çatdırıblar.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi