Türkiyə klubu məşhur futbolçu ilə müqaviləni ləğv edir

Futbol
  • 03 avqust, 2018
  • 14:56
Türkiyə klubu məşhur futbolçu ilə müqaviləni ləğv edir

Bakı. 3 avqust. REPORT.AZ/ Türkiyənin "Konyaspor" klubu məşhur futbolçu Samuel Eto`O ilə yollarını ayırır. 

"Report" “beIN Sports”a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi 37 yaşlı təcrübəli hücumçu ilə müqaviləni ləğv etməyi qərara alıb. 

Yanvar ayında komandaya cəlb olunan kamerunlu oyunçu "Konyaspor"la 2.5 illik müqavilə imzalamışdı. Fransanın "Nim" klubu Eto`Onu heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, Samuel Eto`O karyerası ərzində İspaniyanın “Real Madrid”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, İtaliyanın “İnter”, “Sampdoriya”, Rusiyanın “Anji”, İngiltərənin “Çelsi”, “Everton” və Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib.

44 filmi