UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ına 1:3 hesabı ilə uduzan "Neftçi" bunadək qonşu ölkənin komandaları ilə avrokubokda üz-üzə gəlməyib.
"Report"un məlumatına görə, bu görüş Azərbaycan təmsilçilərinin Türkiyə klubları ilə 3-cü dueli olub.
1994/1995-ci illər mövsümündə UEFA Kubokunun (hazırkı Avropa Liqası) I təsnifat mərhələsində "Turan" "Fənərbağça" ilə üz-üzə gəlib. 1994-cü il avqustun 9-da "Şükrü Saracoğlu" stadionunda İstanbul təmsilçisi 5:0 hesablı qələbə qazanıb. Bundan iki həftə sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda da Tovuz komandası uduzub - 0:2.
2000/2001 mövsümündəki "Kəpəz" - "Antalyaspor" dueli də türkiyəlilərin iki matça görə 7:0 hesablı qələbəsi ilə nəticələnib. 2000-ci il avqustun 8-də Tofiq Bəhramov adına Respublika stadionunda 0:2 hesabı ilə uduzan Gəncə təmsilçisi iki həftə sonra "Atatürk" stadionunda qapısında 5 cavabsız top görüb.