Türkiyə Futbol Federasiyası AFFA-ya təşəkkür etdi

Türkiyə Futbol Federasiyası AFFA-ya təşəkkür etdi Türkiyə Futbol Federasiyası (TFF) inzibati binasında Azərbaycanla yanaşı, Türkiyənin bayrağını da asan AFFA-nın bu addımına biganə qalmayıb.
Futbol
17 Sentyabr , 2020 17:36
Türkiyə Futbol Federasiyası AFFA-ya təşəkkür etdi

Türkiyə Futbol Federasiyası (TFF) inzibati binasında Azərbaycanla yanaşı, Türkiyənin bayrağını da asan AFFA-nın bu addımına biganə qalmayıb.

"Report" xəbər verir ki, TFF rəsmi "Twitter" hesabı vasitəsilə milli assosiasiyaya təşəkkür edib.

Paylaşımda bu sözlər qeyd olunub: "Təşəkkürlər, qardaş! "Neftçi" - "Qalatasaray" oyunu öncəsi binasındakı Azərbaycan bayrağının yanına türk bayrağını da asan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına göstərdiyi qardaşlıq üçün təşəkkür edirik".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi