Türkəsilli futbolçu Almaniya millisinin kapitanı olub
Futbol
- 08 sentyabr, 2023
- 11:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Almaniya millisinin yeni kapitanı bəlli olub.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında açıqlayıb.
Mütəxəssis İspaniya "Barselona"sında çıxış edən İlkay Gündoğanın kapitan olacağını bildirib.
"Bavariya"dan Jozua Kimmix isə vitse-kapitan təyin edilib. Flik seçimdən razı qaldığını söyləyib və bu qərarın onlara əlavə enerji verəcəyini vurğulayıb.
Almaniya millisinin sabiq kapitanı Manuel Noyer zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Qeyd edək ki, İlkay Gündoğan yayda İngiltərə "Mançester Siti"sindən Kataloniya klubuna keçib. Türkəsilli oyunçunun sözləşməsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Son xəbərlər
12:03
Odun yanacağından istifadə edən bütün məktəblərdə pellet yanacağına keçid təmin edilib
Elm və təhsil
12:02
BMTMM sədri: Ermənistanda sülhə qarşı çıxan dörd qüvvəni qeyd etmək olar
Daxili siyasət
11:56
Azərbaycanda aqrar sahədə vergi güzəştlərinin ümumi məbləği açıqlanıb
ASK
11:53
Milli Məclis gələn il üçün xərclər smetasını qəbul edib
Maliyyə
11:52
Vadeful: Azərbaycan və Almaniya Berlində iqtisadi danışıqların keçirilməsi barədə razılığa gəlib
Xarici siyasət
11:51
Ceyhun Bayramov: TRİPP layihəsinin texniki göstəriciləri Azərbaycanla uyğunlaşdırılmalıdır
Xarici siyasət
11:49
Azərbaycan Çili və Meksikadan gübrə tədarükünü bərpa edib
Biznes
11:46
Dövlət Komitəsi: ABŞ-də Azərbaycan bayrağının endirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil
Diaspor
11:46
Fərid Şəfiyev: Azərbaycan mövcud geosiyasi qütblərdən heç birinə qoşulmur
Daxili siyasət