“Turan Tovuz” bu gün Rumıniya klubu ilə üz-üzə gələcək
Futbol
- 09 yanvar, 2024
- 07:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünə çıxacaq.
“Report”un məlumatına görə, baş məşqçi Ayxan Abbasov Rumıniya klubu “Voluntari” ilə matçda komandasını sınaqdan keçirəcək.
“Topkapı Sport Center”in meydanında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Tovuzlular yanvarın 15-də daha iki oyun keçirəcəklər. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqanın ilk yarısından sonra 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bölgə təmsilçisi yanvarın 22-də XIX turun matçında “Kəpəz”lə qarşılaşacaq.
Son xəbərlər
10:14
Bakıda avtobuslarla sərnişindaşıma 8 %-dən çox artıb
İnfrastruktur
10:14
Nurullah Bakır: "Türk dövlətləri arasında bank əməkdaşlığı genişlənə bilər"
Maliyyə
10:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
Daxili siyasət
10:04
Fərid Osmanov: "myGov"un istifadəçi bazası 5 milyon unikal istifadəçini keçib"
İKT
10:03
Bakıda tolerant cəmiyyətin formalaşmasında qadınların roluna dair konfrans keçirilir
Sosial müdafiə
10:02
Cənubi Koreyada univermağın minalanması barədə yalan məlumata görə məktəbli saxlanılıb
Digər ölkələr
09:56
Vüsal Qasımlı: "Bank sektorunda analitik yanaşmaların inteqrasiyası həyati əhəmiyyətlidir"
Maliyyə
09:49
AMB yerli banklarda model risklərinə nəzarəti gücləndirəcək
Maliyyə
09:46
AMB: Rəqəmsal transformasiya üzrə yeni dövlət proqramı hazırlanır
Maliyyə