"Trabzonspor" Ramil Şeydayevin komandadan ayrılacağı barədə xəbərlərə münasibət bildirib

"Trabzonspor" Ramil Şeydayevin komandadan ayrılacağı barədə xəbərlərə münasibət bildirib "Futbolçunun transferi gündəmdə deyil"
Futbol
19 Dekabr , 2016 13:58
Trabzonspor Ramil Şeydayevin komandadan ayrılacağı barədə xəbərlərə münasibət bildirib

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin "Trabzonspor" klubu hücumçunun qış transfer pəncərəsində icarəyə veriləcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

Trabzon təmsilçisinin mətbuat katibi Can Karyağdı "Report"a açıqlamasında hazırda R.Şeydayevin komandadan göndərilməsinin gündəmdə olmadığını söyləyib.

C.Karyağdı bildirib ki, komandanın baş məşqçisi Ersun Yanal gənc forvardla bağlı hələ hər hansı qərar verməyib: "Bizim komandanın baş məşqçisi və idarə heyəti var. Hələ nə baş məşqçimiz Ersun Yanal, nə də idarə heyəti futbolçunun icarəyə verilməsi və ya göndərilməsi ilə bağlı hansısa qərar verib. Bu gün üçün Şeydayevin komandadan gedişi gündəmdə deyil. Qış transfer pəncərəsində nələrin olacağını isə indidən deyə bilmərəm".

Klub rəsmisi 19 yaşlı hücumçunun "Neftçi"də çıxış edəcəyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Bir daha qeyd etmək istəyirəm baş məşqçimiz futbolçudan narazı deyil və onun hər hansı kluba keçidi müzakirə olunmur".

Qeyd edək ki, "Trabzonspor"da start heyətində möhkəmlənə bilməyən Ramil Şeydayevin qış transfer pəncərəsində icarəyə veriləcəyi bildirilir. Futbolçunun adı Bakının "Neftçi" klubu ilə yanaşı çəkilir.

Son xəbərlər

Orphus sistemi