"Tottenhem"inin baş məşqçisi: "Qarabağ" yaxşı komandadır"

"Tottenhem"inin baş məşqçisi: "Qarabağ" yaxşı komandadır" İngiltərə "Tottenhem" klubu "Qarabağ"ı Bakıda 1:0 hesabı ilə yenib
Futbol
27 Noyabr , 2015 00:24
Tottenheminin baş məşqçisi: Qarabağ yaxşı komandadır

Bakı. 27 noyabr. REPORT.AZ/ "Komandamın göstərdiyi oyunda olduqca məmnunam. "Qarabağ" yaxşı komandadır. Evdə ilk dəfədir uduzur. Növbəti mərhələyə adladığımız üçün xoşbəxtik". "Report"un məlumatına görə, bunu İngiltərə "Tottenhem"inin baş məşqçisi Maurisio Pokettino "Qarabağ"ı Bakıda 1:0 hesabı ilə yendikləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra deyib.

Argentinalı mütəxəssis noyabrın 29-da "Çelsi" ilə Argentina Premyer Liqası matçına yaxşı səviyyədə hazırlaşa bilməyəcəklərini, amma evə yüksək əhval-ruhiyyədə qayıdacaqlarını söyləyib. O, "Tottenhem"in növbəti mərhələyə vəsiqəni təmin etməsinə rəğmən, Fransa "Monako"su ilə son turun ev oyununa ciddi yanaşmayacaqları fikirlərini təkzib edib. O, "Monako"ya qarşı da əsas heyətlə qələbə üçün oynayacaqlarını vurğulayıb. Pokettino ilk yarının sonlarında "Qarabağ"ın futbolçusu yerdə olduğu halda, komandasının oyunu davam etdirməsindən narazı qaldığını bildirib. Amma onun fikrincə, həmin epizodda baş hakim oyunu davam etdirməli idi: "Mən buna görə təəssüf hissi keçirirəm. Bakıda azarkeşlərin davranışı sürpriz oldu. Hər şey xoşumuza gəldi". 

Son xəbərlər

Orphus sistemi