"Tottenhem"in futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər
Futbol
- 20 mart, 2023
- 10:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsveç millisinin futbolçusu Deyan Kulusevski Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunlarını buraxa bilər.
"Report" xəbər verir ki, "Tottenhem" klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi səfərdə "Sauthempton"la 3:3 hesablı heç-heçə etdikləri İngiltərə Premyer Liqasının XXVIII tur matçında zədələnib. Görüşün başa çatmasına 10 dəqiqə qalmış ombasından xəsarət alan gənc futbolçu oyunu davam etdirə bilməyib.
Kulusevskinin hansı müddətə sıradan çıxdığı bəlli deyil.
Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.
Son xəbərlər
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol
01:32
Nyu-York Senatında çoxluğun lideri evində ölü tapılıb
Digər ölkələr
01:21
Foto
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
Hadisə
01:09
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
Digər ölkələr
00:47
Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb
Region
00:18
Belarusda "Spotify" dekabrın 1-dən bloklanacaq
Digər ölkələr