"Tottenhem" baş məşqçisi ilə yollarını ayırıb

"Tottenhem" baş məşqçisi ilə yollarını ayırıb İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Nunu Eşpiritu Santu baş məşqçisi ilə yollarını ayırıb.
Futbol
1 Noyabr , 2021 14:14
Tottenhem baş məşqçisi ilə yollarını ayırıb
Nunu Eşpiritu

İngiltərənin "Tottenhem" klubu baş məşqçisi Nunu Eşpiritu Santu ilə yollarını ayırıb.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Onu italiyalı Antonio Kontenin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Nunu Eşpiritu Santu iyulun 30-da baş məşqçi təyin olunub. Portuqaliyalı baş məşqçinin müqaviləsi 2023-cü ildə başa çatmalı idi. "Tottenhem" Premyer Liqada 10 turdan sonra 15 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi