Tomas Müller "Bavariya" tarixində ən çox qol vuran üçüncü futbolçu olub
Futbol
- 16 iyun, 2025
- 15:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya təmsilçisi "Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller klub tarixində ən çox qol vuran üçüncü futbolçu olub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi bunu klublararası dünya çempionatında Yeni Zelandiyanın "Oklend Siti" klubu ilə matçında həyata keçirib.
35 yaşlı futbolçu komandasının 10:0 hesablı qələbə qazandığı görüşdə dubl müəllifi olub. Bununla da yarımmüdafiəçi "Bavariya"nın heyətində vurduğu qolların sayını 250-yə çatdırıb.
Qeyd edək ki, Münhen təmsilçisinin heyətində ən çox qol vurmuş futbolçu Herd Müllerdir. Sabiq hücumçu 570 dəfə fərqlənməyi bacarıb. Hazırda "Barselona"da çıxış edən polşalı Robert Levandovski isə 344 qolla ikincidir.
Son xəbərlər
05:06
WP: FTB rəhbərinin müavini istefa verəcək
Digər ölkələr
04:38
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
Digər ölkələr
04:25
Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb
Region
03:57
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
Digər ölkələr
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr
02:51
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
Digər ölkələr
02:25
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
Digər ölkələr
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr
01:18
SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
Region