Tokio-2020: Açılış mərasimi azarkeşsiz keçirilə bilər

Tokio-2020: Açılış mərasimi azarkeşsiz keçirilə bilər Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi azarkeşsiz keçirilə bilər.
Futbol
6 İyul , 2021 12:26
Tokio-2020: Açılış mərasimi azarkeşsiz keçirilə bilər

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi azarkeşsiz keçirilə bilər.

"Report"un "Asahi" nəşrinə isitnadən məlumatına görə, tədbirə yalnız sponsor şirkətlərin nümayəndələrinin, eləcə də siyasətçilərin və diplomatların girişinə icazə veriləcəyi gözlənilir. Hazırda yarışın təşkilatçıları məhz bu variantı nəzərdən keçirirlər.

Təşkilat Komitəsi bu həftə Yaponiyaya gələcək Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Thomas Bax ilə sözügedən məsələni müzakirə edəcək.

Daha əvvəl olimpiadaya əcnəbi tamaşaçıların buraxılmayacağı bildirilib. Yerli sakinlər üçün isə bütün idman qurğularının ümumi tutumunun 50 faizi qədər azarkeşin iştirakına icazə veriləcək.

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi