Tofiq Bəhramovun heykəlinin əvvəlki rənginə qaytarılması istənildi
Futbol
- 13 yanvar, 2021
- 11:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın məşhur futbol hakimi Tofiq Bəhramovun Respublika stadionundakı heykəlinin ağardılması ilə bağlı AFFA-ya müraciət olunub.
"Report"un məlumatına görə, bu barədə referinin adını daşıyan nəvəsi Tofiq Bəhramov assosiasiyaya müraciət ünvanlayıb. O, heykəlin əvvəlki rənginə qaytarılmasını xahiş edib.
AFFA məsələ ilə əlaqədar Gənclər və İdman Nazirliyinə heykəlin tunc rənginə qaytarılmasına dair müraciət edib. Nazirlikdən müraciətə müsbət cavab verilib.
Qeyd edək ki, Tofiq Bəhramovun heykəli 2004-cü ilin oktyabrın 13-də adını daşıdığı stadionun qarşısında, 2006-cı il dünya çempionatının seçmə mərhələsinin Azərbaycan - İngiltərə görüşündən əvvəl açılıb.
Son xəbərlər
13:45
Foto
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - Yenilənib
Xarici siyasət
13:44
Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub
Fərdi
13:43
Gürcüstan Azərbaycana avtomobil ixracından qazancını oktyabrda 2,5 dəfə artırıb
Biznes
13:40
AZAL iki beynəlxalq mükafata layiq görülüb
İnfrastruktur
13:24
Tusk Polşanın hava məkanının pozulmasına görə təcili müşavirə çağırıb
Digər ölkələr
13:23
Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir - Rəsmi
Hadisə
13:23
"Yuventus" Quştavu Varelanı əsas transfer hədəfləri sırasına daxil edib
Futbol
13:19
Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 18 % artırıb
Biznes
13:15
Həyətyanı torpaqlara mülkiyyət hüququ plan-ölçü sənədi əsasında da veriləcək
İnfrastruktur