Tibo Kurtua Azərbaycan yığması ilə oyuna çağırılacaq

Tibo Kurtua Azərbaycan yığması ilə oyuna çağırılacaq Belçika millisinin futbolçusu Tibo Kurtua AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmaları ilə keçiriləcək oyunlara çağırılacaq.
Futbol
8 avqust 2023 13:07
Tibo Kurtua Azərbaycan yığması ilə oyuna çağırılacaq

Belçika millisinin futbolçusu Tibo Kurtua AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmaları ilə keçiriləcək oyunlara çağırılacaq.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, 31 yaşlı qapıçı yığma karyerasını bitirmək fikrində deyil.

Son toplanış zamanı kapitanlıq sarğısının ona verilməməsindən narazı qalaraq baş məşqçi Domeniko Tedesko ilə mübahisə edən qolkiper Madriddə Belçika Futbol Assosiasiyasının nümayəndələri ilə görüşüb. Tedesko özü də tezliklə ulduz futbolçu ilə görüşəcək.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika üç gün sonra Estoniyanı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi