"The Best": Azərbaycan yığmasının kapitanı seçimini açıqlayıb

"The Best": Azərbaycan yığmasının kapitanı seçimini açıqlayıb Azərbaycan millisinin kapitanı Maksim Medvedevin FIFA-nın “The Best” mükafatı üçün verdiyi səslərin ünvanları bəlli olub.
Futbol
11 Yanvar , 2022 14:07
The Best: Azərbaycan yığmasının kapitanı seçimini açıqlayıb
Maksim Medvedev

Azərbaycan millisinin kapitanı Maksim Medvedevin FIFA-nın “The Best” mükafatı üçün 2021-ci ilin ən yaxşı futbolçusu nominasiyası üzrə seçimi məlum olub.

33 yaşlı müdafiəçi "Report"a açıqlamasında Fransa PSJ-sində çıxış edən Kilian Mbappeni birinci pilləyə layiq gördüyünü açıqlayıb.

Təcrübəli oyunçu Almaniya "Bavariya"sından polşalı hücumçu Robert Levandovskini ikinci, İngiltərənin "Çelsi" klubundan fransalı yarımmüdafiəçi N Qolo Kanteni üçüncü sırada göstərib.

Qeyd edək ki, "The Best" mükafatı yanvarın 17-də təqdim ediləcək. Ali futbol qurumu 2021-ci ilin ən yaxşı futbolçusuna adına iddiaçıları 3-ə endirib. Bu ada 2020-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski ilə yanaşı, Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salah iddialıdır.

Son xəbərlər

Orphus sistemi