"Keşlə"nin baş məşqçisi: "Komandada qalsam, heyətdə ciddi dəyişilliklər olacaq" - YENİLƏNİB

"Keşlə"nin baş məşqçisi: "Komandada qalsam, heyətdə ciddi dəyişilliklər olacaq" - YENİLƏNİB Belə oyundan sonra deməyə söz tapmaq olmur, düşünürəm ki, qırmızı vərəqə almağımız oyunda sınma nöqtəsi oldu, ilk hissədə azlıqda qaldıq və bu, bütün planlarımızı pozdu.
Futbol
5 May , 2019 19:46
Keşlənin baş məşqçisi: Komandada qalsam, heyətdə ciddi dəyişilliklər olacaq - YENİLƏNİB

"Belə oyundan sonra deməyə söz tapmaq olmur, düşünürəm ki, qırmızı vərəqə almağımız oyunda sınma nöqtəsi oldu, ilk hissədə azlıqda qaldıq və bu, bütün planlarımızı pozdu".

"Report" xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXVII turunda "Zirə"yə 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəsis komandasından daha yaxşı oyun gözləsə də, bunu görmədiyini bildirib:

"Oyuna yaxşı hazırlaşmışdıq, amma qırmızı vərəqə almağımız oyunumuza pis təsir etdi. İlk hissədə hesabı bərabərləşdirdik. Fasilədə komandaya göstərişlər verildi, ümidimiz var idi, amma yenə də 2-ci hissədə məğlub olduq. Komandada 2-ci hissədə nələrin baş verdiyi özümüzə də maraqlıdır".

Əhmədov növbəti mövsümdə klubda qalsa, heyətdə ciddi dəyişikliklər olacağını qeyd edib:

"Məni komandaya müşahidə şurasının sədri Zaur Axundov dəvət edib və son sözü o deyəcək. Hələ ki, sona 1 tur var. Komandada qalsam, heyətdə ciddi dəyişilliklər olacaq". 


***19:29

"Kubok matçından sonra komandada gərginlik var idi, ona görə də bu gün əsas vəzifə uduzmamaq idi. Futbolçular daha artığını edib, qalib gəldilər. İsti havaya baxmayaraq, istəkli oynadılar. Komandamdan razı qaldım".

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVII turunda "Keşlə"ni 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

Mütəxəssis bu gündən sonra növbəti mövsüm üçün komandanın qurulmasına başlayacaqlarını bildirib:

"Artıq növbəti oyun bizim üçün formal xarakter daşıyır. Növbəti mövsüm üçün planlar qurmağa başlayacağıq. Komandadan gedəcək 3-4 futbolçunun siyahısı məndə var. Mən özüm üçün bəzi futbolçuların adlarını dəqiqləşdirmişəm. Mövsümün sonunda rəhbərliklə danışıb, planları müzakirə edəcəyik".

Manaf Qasımbəyli

Son xəbərlər

Orphus sistemi