Tərlan Əhmədov: "Çalışacağıq ki, cavab görüşündə qələbə qazanaq"

Futbol
  • 16 dekabr, 2019
  • 18:16
Tərlan Əhmədov: Çalışacağıq ki, cavab görüşündə qələbə qazanaq
Tərlan Əhmədov

“Çempionat oyunu ilə bugünkü çıxış arasında fərq var idi. Ötən matçda daha aqressiv idik”.

"Report"un məlumatına görə, bu fikirləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 14 final mərhələsinin ilk oyununda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.

Əhmədov kubok oyunlarının həmişə həyəcanlı olduğunu sözlərinə əlavə edib: "Bunun cavab görüşü də var. İtkilərə baxmayaraq, daha inamlı oyun gözləyirdim. Hücumda bir az istədiyimizi edə bilmədik. Bu da yorğunluqla bağlıdır. 12-13 nəfərdən ibarət heyətdir. Əzələlər də tab gətirmir. Çalışdıq top buraxmayaq, imkan daxilində qol vuraq. Çalışacağıq ki, cavab görüşündə qələbə qazanaq".

- İki cəbhədə mübarizə aparmaq çətin deyil?

- Kubok oyunu varsa, mübarizəmizi aparırıq. Bu heyətlə iki cəbhədə yarışmaq çox çətindir. Bu, bizi hər iki cəbhədən məhrum edə bilər. Mənim düşündüyüm çempionat oyunlarıdır. İki yeni futbolçu da komandaya cəlb olunacaq. Komandaya yeni nəfəs lazımdır. Çempionat oyunu mənim üçün daha önəmlidir.

- Daha bir itkiniz oldu...

- Ruslan Qurbanovun zədəsi ciddidir. Sezarda isə vəziyyət normaldır.

- Köməkçiniz Mehman Babayevin dünən məşqdən sonra saxlanılması xəbəri nə dərəcədə doğrudur?

- Bu barədə məlumatım yoxdur. Bilmədiyim şey haqda deyəcəyim heç nə yoxdur. Nə olacaqsa, siz bizdən tez biləcəksiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti