Tərlan Əhmədov Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü oyununu keçirib

Futbol
  • 06 mart, 2023
  • 06:53
Tərlan Əhmədov Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü oyununu keçirib

Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında baş məşqçi kimi 200-cü oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis yubiley matçına "Kəpəz"in sükanı arxasında çıxıb.

Bu, Gəncə təmsilçisinin səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduğu XXV tur matçına təsadüf edib.

O, Premyer Liqada 2013/2014 mövsümündə AZAL-ın sükanı arxasında debüt edib. Sonradan “Neftçi” və “Keşlə”ni də çalışdıran mütəxəssis cari mövsümün gedişində “Kəpəz”in baş məşqçisi təyin olunub.

Premyer Liqada 10-cu mövsümünü keçirən Əhmədovun komandaları ümumilikdə 61 qələbə qazanıb, 51 heç-heçə edib və 88 dəfə uduzub. O, ölkə çempionatının tarixinə ən azı 200 matç keçirən 10-cu baş məşqçi kimi düşüb.

Qeyd edək ki, Tərlan Əhmədovun Premyer Liqadakı debütü 2014-cü il martın 23-də gerçəkləşib. Həmin matçda AZAL evdə "Bak"ıya uduzub – 1:2.

Son xəbərlər

Bütün Xəbər Lenti