Tedesko Azərbaycan millisi ilə oyuna yeni hücumçu və qapıçı çağıra bilər

Tedesko Azərbaycan millisi ilə oyuna yeni hücumçu və qapıçı çağıra bilər Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununa yeni hücumçu və qapıçı çağıra bilər.
Futbol
12 avqust 2023 06:35
Tedesko Azərbaycan millisi ilə oyuna yeni hücumçu və qapıçı çağıra bilər

Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununa yeni hücumçu və qapıçı çağıra bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Gent"in forvardı Uqo Küyperslə "Brügge"nin qolkiperi Simon Minyoleyə dəvət göndərməyə hazırlaşır.

Hazırda "qırmızı şeytanlar"ın əsas hücumçusu Türkiyə "Fənərbağça"sının formasını geyinən Mişi Batşuayidir. Lakin o, Tedeskonun oyun üslubuna uyğun gəlmir və rəqib müdafiəçilərə istənilən kimi təzyiq göstərə bilmir. Son 56 matçda 34 qol vuran Küypers isə ön xətdəki fəallığı ilə çalışdırıcının diqqətini cəlb edə bilib.

"Brügge"nin şərəfini qoruyan Minyole isə Tibo Kurtuanı əvəzləməyə əsas namizədlərdən biridir. Uzun müddətdir yığmaya dəvət alamayan qolkiper xidmətini Tedeskoya təklif edib. O, İspaniya "Real"ının məşqi zaman ağır zədə alan Kurtuanı layiqincə əvəz edə biləcəyini mütəxəssisin diqqətinə çatdırıb.

Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək Azərbaycan - Belçika oyunu saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi