Azərbaycan klubunun baş məşqçisi Portuqaliya komandasında təcrübə keçir

Azərbaycan klubunun baş məşqçisi Portuqaliya komandasında təcrübə keçir Tərlan Əhmədov “Pasuş de Ferreyra”nın düşərgəsinə yollanıb
Futbol
2 Mart , 2015 13:15
Azərbaycan klubunun baş məşqçisi Portuqaliya komandasında təcrübə keçir

Bakı. 2 mart. REPORT.AZ/ Bakının AZAL futbol komandasının baş məşqçisi Tərlan Əhmədov Portuqaliyanın “Pasuş de Ferreyra” klubunun düşərgəsinə yollanıb. "Report"un məlumatına görə, 44 yaşlı mütəxəssis PRO kateqoriyalı məşqçilik lisenziyasının şərtlərinə uyğun olaraq, təcrübə keçməyə başlayıb. 

T.Əhmədov artıq “Pasuş de Ferreyra”nın baş məşqçisi Paulo Fonseka və məşqçilər korpusunun digər üzvləri ilə görüşüb. Klub muzeyində də olan azərbaycanlı mütəxəssis “Pasuş de Ferreyra”nın əsas və əvəzedici komandalarının məşqlərini izləyib. O, həm də klub akademiyasının fəaliyyəti ilə yaxından tanış olub.

Bu gün isə Tərlan Əhmədov son 8 ildə 4 dəfə avrokuboklarda oynamış, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmiş, yüksək liqada 8-ci pillədə qərarlaşan və avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Pasuş de Ferreyra”nın çempionat çərçivəsində “Belenenseş”lə səfər matçını stadiondan canlı izləyəcək. 

Qeyd edək ki, Tərlan Əhmədov martın 3-də vətənə qayıdacaq və “Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçında komandasının başında olacaq.

Son xəbərlər

Orphus sistemi