Tarixdə ilk dəfə başla oyunun qadağan olunduğu futbol matçı keçiriləcək

Tarixdə ilk dəfə başla oyunun qadağan olunduğu futbol matçı keçiriləcək İngiltərədə milli komandanın sabiq futbolçuları Qari Lineker, Alan Şirer və Kevin Kiqanın təşkilatçılığı ilə qeyri-adi oyun keçiriləcək
Futbol
345
22 Sentyabr , 2021 16:37
Tarixdə ilk dəfə başla oyunun qadağan olunduğu futbol matçı keçiriləcək

İngiltərədə milli komandanın sabiq futbolçuları Qari Lineker, Alan Şirer və Kevin Kiqanın təşkilatçılığı ilə qeyri-adi oyun keçiriləcək.

"Report" xəbər verir ki, sentyabrın 26-də Spennimor şəhərindəki "Brüeri Fild" stadionunda oynanılacaq matçda futbolçulara topa başla zərbə vurmaq qadağan ediləcək. Qarşılaşma veteran futbolçuların iştirakı ilə baş tutacaq.

Qadağa hər hissədə fərqli şəkildə tətbiq olunacaq. İlk yarıda oyunçulara yalnız cərimə meydandaçasında başla oynamağa icazə veriləcək. İkinci 45 dəqiqədə isə oyunçular topa ümumiyyətlə başla müdaxilə edə bilməyəcəklər. Əks halda, baş hakim görüşü dayandıracaq və cərimə zərbəsi təyin edəcək.

Təşkilatçılar bu matçla başla oyunun sağlamlıq üçün təhlükəli olduğuna diqqət çəkmək istəyirlər. Bu, eyni zamanda pilot layihə kimi də dəyərləndirilir.

Son xəbərlər

Orphus sistemi