Tanınmış futbolçunun Bakı klubundan ayrılmasının səbəbi bəlli olub

Tanınmış futbolçunun Bakı klubundan ayrılmasının səbəbi bəlli olub Ukrayna millisinin sabiq futbolçu Marko Deviçin “Sabah”dan ayrılmasının səbəbi bəlli olub.
Futbol
15 Avqust , 2019 15:05
Tanınmış futbolçunun Bakı klubundan ayrılmasının səbəbi bəlli olub

Ukrayna millisinin sabiq futbolçu Marko Deviçin “Sabah”dan ayrılmasının səbəbi bəlli olub. 

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu rəhbərliyə müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar paytaxt təmsilçisindən ayrılmaq  istədiyini deyib. O, Serbiyanın paytaxtı Belqradda ailəsinin yanında qalmaq istədiyini bildirib. 

“Sabah klubu serb əsilli təcrübəli forvardın istəyinə müsbət cavab verib. Oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Deviç “Sabah”ın Azərbaycan Premyer Liqasındakı ilk qolunun müəllifidir. Forvard 2018/19 mövsümündə komandanın ən sərrast futbolçusu olub (21 oyun, 8 qol).

Son xəbərlər

Orphus sistemi