Tanınmış futbolçu Gürcüstan millisinə baş məşqçi təyin olundu

Tanınmış futbolçu Gürcüstan millisinə baş məşqçi təyin olundu Fransa millisinin sabiq futbolçusu Villi Sanyol Gürcüstan millisinin baş məşqçisi təyin olunub
Futbol
15 Fevral , 2021 19:51
Tanınmış futbolçu Gürcüstan millisinə baş məşqçi təyin olundu

Fransa millisinin sabiq futbolçusu Villi Sanyol Gürcüstan yığmasının baş məşqçisi təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib. 44 yaşlı mütəxəssisin təyinatı bu gün təsdiqlənib.

Veteran müdafiəçi yeni vəzifəsində bu il martın 25-də debüt edəcək. Həmin gün Gürcüstan millisi DÇ-2022-nin seçmə mərhələsində İsveçlə qarşılaşacaq.

Gürcüstan yığmasının keçmiş baş məşqçisi Vladimir Vayss ötən ilin noyabrında istefa verib.

Qeyd edək ki, 2001-ci ildə Almaniya "Bavariya"sının heyətində UEFA Çempionlar Liqasının qalibi olmuş Villi Sanyol Bundesliqada 5 dəfə çempionluq sevinci yaşayıb. O, həmçinin Fransa millisi ilə 2006-cı ildəki dünya çempionatının gümüş medalçısı olub. Sanyol 2014 - 2016-cı illərdə ölkəsinin "Bordo" klubuna başçılıq edib.

Son xəbərlər

Orphus sistemi