Tanınmış futbolçu azarkeşə tüpürdüyü üçün telekanaldan kənarlaşdırılıb

Tanınmış futbolçu azarkeşə tüpürdüyü üçün telekanaldan kənarlaşdırılıb Bakı. 14 mart. REPORT.AZ/ İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Ceymi Karrager ekspert kimi çalışdığı “Sky Sports” telekanalından cari mövsümün sonuna qədər kənarlaşdırılıb.
Futbol
14 Mart , 2018 16:24
Tanınmış futbolçu azarkeşə tüpürdüyü üçün telekanaldan kənarlaşdırılıb

Bakı. 14 mart. REPORT.AZ/ İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Ceymi Karrager ekspert kimi çalışdığı “Sky Sports” telekanalından cari mövsümün sonuna qədər kənarlaşdırılıb.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, səbəb veteran müdafiəçinin “Liverpul”un Premyer Liqanın XXX turunda “Mançester Yunayted”ə “Old Trafford”da 1:2 hesabı ilə uduzduğu matçın ardından meydan sahiblərinin azarkeşi və onun 14 yaşlı qızına tüpürməsidir.

Davranışına görə zərərçəkmişlərdən və ictimaiyyətdən üzr istəyən 40 yaşlı mütəxəssisin işini davam etdirib-etdirməməsinə növbəti mövsümün startı ərəfəsində baxılacaq.

Qeyd edək ki, Ceymi Karrager 1996 – 2013-cü illərdə “Liverpul”un heyətində 508 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi