Tanınmış futbol referisi karyerasını başa vurub

Tanınmış futbol referisi karyerasını başa vurub Tanınmış futbol referisi Viktor Kaşşai karyerasını başa vurub.
Futbol
30 Dekabr , 2019 10:25
Tanınmış futbol referisi karyerasını başa vurub

Tanınmış futbol referisi Viktor Kaşşai karyerasını başa vurub.

"Report" Macarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı baş hakim bundan sonra idman menecmenti sahəsində çalışacağını bildirib.

Qeyd edək ki, 1999-cu ildən hakimliyə başlayan Kaşşai 2003-cü ildən oyunlara FIFA referisi kimi təyinat alıb. O, Pekin-2008 Yay Olimpiya Oyunlarının, 2011-cü ildə Çempionlar Liqasının (ÇL) finalını və 2016-cı Avropa çempionatının açılış oyununu idarə edib.

Kaşşai 2005/2006 mövsümündə ÇL-in II təsnifat mərhələsində "Neftçi"nin evdə Belçika "Anderlext"ini 1:0 hesabı ilə məğlub etdiyi matçı da idarə edib. O, həmçinin 2016/2017 mövsümündə Avropa Liqasının pley-offunda "Qəbələ"nin Sloveniyada "Maribor"a 0:1 hesabı ilə uduzduğu qarşılaşmada da iş başında olub.

Macarıstanlı ədalət təmsilçisi 2011-ci ildə FIFA tərəfindən ilin ən yaxşı baş hakimi seçilib.

Son xəbərlər

Orphus sistemi