Tahir Gözəl: "İlk məqsədimiz Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır"

Tahir Gözəl: "İlk məqsədimiz Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır" "Qarabağ"ın prezidenti Tahir Gözəl son günlərdə Tovuz rayonunda baş verən hadisələrə münasibət bildirib.
Futbol
15 İyul , 2020 18:30
Tahir Gözəl: İlk məqsədimiz Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır

"Qarabağ"ın prezidenti Tahir Gözəl son günlərdə Tovuz rayonunda baş verən hadisələrə münasibət bildirib.

"Report"un məlumatına görə, türkiyəli funksioner klubun rəsmi saytına açıqlamasında erməni təxribatı nəticəsində şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaxınlarına isə başsağlığı verib.

O deyib: "İyulun 12-dən başlayaraq Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı başlayıb. Lakin bu təxribata ordumuz layiqli cavab verib və verməkdə də davam edir. Ordumuz tam ruh yüksəkliyi ilə düşmən qarşısında mərdanə dayanıb. Döyüşçülərimizin bu qəhrəmanlıqları bir zəfər kimi hər zaman yaddaşlarda qalacaq. Döyüşlər nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik".

T.Gözəl bildirib ki, adını daşıdıqları klubun əhəmiyyətini yaxşı dərk edirlər: "Bununla fəxr edirik. Hər zaman ilk məqsədimiz Qarabağ həqiqətlərini və erməni təxribatlarını dünyaya çatdırmaqdır. Və bu missiyanı davam etdirmək üçün hər zaman əlimizdən gələni edəcəyik. "Qarabağ" da bugün yaşıl meydanlarda bu həqiqəti aşılamaq üçün mübarizə aparır. Hər zaman dünyada sülhün bərqərar olması bizim ən böyük təmənnamızdır. İstənilən halda, biz dövlətimizə, Prezidentimizə, Ali Baş Komandanımıza, ordumuza, xalqımıza güvənirik və yanındayıq".

Son xəbərlər

Orphus sistemi