Tacikistan çempionatında baxımlı qol vurulub - VİDEO

Futbol
  • 09 aprel, 2020
  • 11:47
Tacikistan çempionatında baxımlı qol vurulub - VİDEO

“İstiklol” klubunun futbolçusu Manuçöhr Calilov Tacikistan çempionatının ilk turunda baxımlı qol vurub. 

“Report”un məlumatına görə, 30 yaşlı hücumçu “Düşənbə-83” komandası ilə görüşdə fərqlənib. Forvard bu qolla 31-ci dəqiqədə fərqi iki topa çatdırıb.

Qarşılaşma “İstiklol”un 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlilov het-trik edib. Matçda və çempionatda ilk qolu Vaxid Orazsahedovun aktivinə yazılıb. 

Qeyd edək ki, Tacikistan çempionatı koronavirus pandemiyası səbəbindən dayandırılmayan yarışlardan biridir. Avropada isə Belarus çempionatı davam edir.