"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə imzalayıb
Futbol
- 14 yanvar, 2023
- 12:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sumqayıt" dövrələrarası fasilədə növbəti futbolçunun keçidini gerçəkləşdirib.
Klubdan "Report"a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi son olaraq Latviyanın "Valmiera" klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə 1.5 illik müqavilə imzalayıb.
Ötən mövsüm Latviya çempionu olan 24 yaşlı futbolçu 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Konfrans Liqasında keçirdiyi 2 matçda da bir dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl braziliyalı vinger Dieqo Kariokanı heyətinə qatıb.
Son xəbərlər
20:40
Bakıda Azərbaycan və Niderland arasında əməkdaşlıq üzrə "Yol xəritəsi"nin icrası müzakirə edilib
Digər ölkələr
20:38
Foto
Qubada "Cyber Camp" düşərgəsinə start verilib
Daxili siyasət
20:25
Pakistan və Türkiyə Səudiyyə Ərəbistanının müdafiəsinə yardım etməyə hazır olduqlarını təsdiqləyib
Digər ölkələr
20:19
İspaniya məhkəməsi "Valensiya"nın sabiq futbolçusunun həbs cəzasını 7 ilə endirib
Futbol
20:19
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb
Region
20:02
İran səfiri Küveyt XİN-ə çağırılıb
Digər ölkələr
19:53
Bastoni zədə səbəbindən 1 aya yaxın komandasına kömək edə bilməyəcək
Futbol
19:47
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
Energetika
19:39
Ukrayna Tulada kauçuk zavoduna zərbə endirib
Digər ölkələr