"Sumqayıt" rəsmisi texniki məğlubiyyətə münasibət bildirib

"Sumqayıt" rəsmisi texniki məğlubiyyətə münasibət bildirib "Sumqayıt" rəsmisi Zaur Xudiyev əvəzedici komandaya verilən 0:3 hesablı texniki məğlubiyyətə münasibət bildib.
Futbol
23 Oktyabr , 2024 16:21
Sumqayıt rəsmisi texniki məğlubiyyətə münasibət bildirib
Zaur Xudiyev

"Sumqayıt" klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev əvəzedici komandaya verilən 0:3 hesablı texniki məğlubiyyətə münasibət bildib.

"Gənclik şəhəri" təmsilçisinin rəsmisi "Report"a açıqlamasında AFFA İntizam Komitəsinin qərarı ilə razılaşdıqlarını bildirib:

"Sumqayıt"ın əsas komandasının iki futbolçusu - Kristian Velinovski və Fernando da Silva oyun praktikasından əziyyət çəkdikləri üçün əvəzedici heyətdə çıxış edirlər. Əvəzedicilər Liqasının X turunun "Turan Tovuz-2" ilə görüşündə adıçəkilən oyunçular meydanda olublar. Daha sonra Vladimir Beruaşvili də əvəzetmədən meydana çıxıb. Belə olan halda legioner limiti pozulub. Əvəzedicilər Liqasında legioner futbolçuların xidmətlərindən tez-tez istifadə olunmadığı üçün yeni baş məşqçimiz Tural Rzayev yanılıb. Həmin diqqətsizliyə görə kluba verilən cəza ilə razıyıq".

Qeyd edək ki, Əvəzedicilər Liqasının X turunda "Turan Tovuz-2" kollektivi ilə qarşılaşan "Sumqayıt-2" legioner limitini pozduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı məğlubiyyət alıb. Komanda həmçinin 400 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi