"Sumqayıt" qələbə sayəsində 3-cü pilləyə yüksəldi

"Sumqayıt" qələbə sayəsində 3-cü pilləyə yüksəldi "ASK Arena"dakı matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
8 May , 2021 19:50
Sumqayıt qələbə sayəsində 3-cü pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

"Report"un məlumatına görə, açılış matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib. "ASK Arena"dakı matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qolu 78-ci dəqiqədə Rəhim Sadıxov penaltidən vurub.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran "gənclik şəhəri" təmsilçisi 3-cü pilləyə yüksəlib. "Keşlə" isə 23 xalla sonuncu sırada qalıb.

Günün digər oyununda "Neftçi" "ASCO Arena"da "Səbail"lə üz-üzə gələcək. Görüş saat 20:15-də başlayacaq.

Qeyd edək ki, tura mayın 9-da keçiriləcək "Zirə" - "Qəbələ" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi