"Sumqayıt" klubu bir futbolçusu ilə müqaviləni uzadıb, digəri ilə yollarını ayırıb

"Sumqayıt" klubu bir futbolçusu ilə müqaviləni uzadıb, digəri ilə yollarını ayırıb Tezliklə qapıçı Mehdi Cənnətovla da yeni sözləşmə imzalanacaq
Futbol
4 İyun , 2018 11:20
Sumqayıt klubu bir futbolçusu ilə müqaviləni uzadıb, digəri ilə yollarını ayırıb

Bakı. 4 iyun. REPORT.AZ/ "Sumqayıt" klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb. 

Klubdan "Report"a verilən məlumata görə, müdafiəçi Rail Məlikov 2018/2019 mövsümündə də "gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyacaq. Məlikov 2016-cı ildən çıxış etdiyi komandada daha bir mövsüm qalacaq. 32 yaşlı müdafiəçi arxada qalan mövsümdə "Sumqayıt"ın heyətində 22 qarşılaşmada 1784 dəqiqə meydanda olub.

Tezliklə qapıçı Mehdi Cənnətovla da yeni sözləşmə imzalanacaq. Yarımmüdafiəçi Kamal Mirzəyevlə başa çatan müqavilənin müddəti isə uzadılmayıb. 

Qeyd edək ki, “Sumqayıt” yay fasiləsində müdafiəçilər Vurğun Hüseynovla Bəxtiyar Həsənalızadənin, eləcə də yarımmüdafiəçi Cavid Tağıyevin müqaviləsinin müddətini uzadıb. Əvəzində hücumçu Amil Yunanov və Azər Salahlı klubu tərk edib, Fərhad Vəliyev isə karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi