"Sumqayıt" klubu bir futbolçu ilə müqavilə müddətini artırıb

"Sumqayıt" klubu bir futbolçu ilə müqavilə müddətini artırıb Tərlan Əhmədli isə "Zirə"yə icarəyə verilib
Futbol
29 Dekabr , 2014 16:48
Sumqayıt klubu bir futbolçu ilə müqavilə müddətini artırıb

Bakı. 29 dekabr. REPORT.AZ/ "Sumqayıt" klubu müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə yeni müqaviləyə imza atıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqaviləsi 2014/2015 mövsümünün yekununda başa çatacaq sumqayıtlı futbolçu ilə 1 illik müqaviləyə qol çəkilib.

O, cari mövsümdə "Sumqayıt" forması ilə 15 qarşılaşmada ümumilikdə 1 021 dəqiqə meydanda olub. Bundan başqa, Sumqayıt təmsilçisi bir futbolçu ilə yollarını ayırıb. 21 yaşadək Azərbaycan millisinin qapıçısı Tərlan Əhmədli "Zirə"də çıxış edəcək.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü qolkiper mövsümün sonuna qədər adıçəkilən kluba icarəyə verilib.

Son xəbərlər

Orphus sistemi