"Sumqayıt" klubu 2 futbolçusu ilə müqaviləni uzadıb

"Sumqayıt" klubu 2 futbolçusu ilə müqaviləni uzadıb 2022/23 mövsümü üçün transfer çalışmalarına start verən "Sumqayıt" futbol klubu kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.
Futbol
20 May , 2022 16:21
Sumqayıt klubu 2 futbolçusu ilə müqaviləni uzadıb

"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, vitse-kapitan Vüqar Mustafayevlə 3 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, 2019-cu ildən "gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyan 28 yaşlı dayaq yarımmüdafiəçisi bu müddət ərzində ümümilikdə 64 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin də uğurları üçün çalışıb.

15:08

2022/23 mövsümü üçün transfer çalışmalarına start verən "Sumqayıt" futbol klubu kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.

"Report" "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Vurğun Hüseynov "Sumqayıt"ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda Sumqayıt şəhərinin eyniadlı təmsilçisində debüt edən təcrübəli müdafiəçi ümumilikdə 188 qarşılaşmada meydana çıxıb. O, 2 qol vurmağa da müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi