"Sumqayıt"ın vitse-prezidenti vəfat etdi

"Sumqayıt"ın vitse-prezidenti vəfat etdi "Sumqayıt" klubunun vitse-prezidenti Vaqif Ömərov dünyasını dəyişib
Futbol
23 Fevral , 2021 09:20
Sumqayıtın vitse-prezidenti vəfat etdi
Vaqif Ömərov

"Sumqayıt" klubunun vitse-prezidenti Vaqif Ömərov dünyasını dəyişib.

"Gənclik şəhəri" təmsilçisi"ndən "Report"a verilən məlumata görə, funksioner 69 yaşında vəfat edib.

Onun uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişdiyi vurğulanıb. Klubdan bildirilib ki, Ömərov sonuncu dəfə fevralın 13-də "Sumqayıt"ın "Səbail"ə 3:0 hesabı ilə qalib gəldiyi ev oyununu canlı izləyib.

Mərhum bu gün Göyçayda dəfn ediləcək.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi